“Mançester Siti” Fransa klubunun futbolçusunu transfer edib

İngiltərə təmsilçisi “Mançester Siti” Fransanın “Lion” klubunun hücumameyilli yarımmüdafiəçisi Rayan Şerkini transfer etdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.

21 yaşlı oyunçu ilə 5 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Şerki “Lion” akademiyasının yetirməsidir və əsas komandanın heyətində 185 oyuna çıxıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More