“The Beach Boys” qrupunun yaradıcısı vəfat edib

“The Beach Boys” rok qrupunun mahnılarının müəllifi və prodüseri, amerikalı musiqiçi Brayan Vilson vəfat edib.

“Report” xəbər verir ki, bu barədə onun ailəsi instaqramda məlumat yayıb.

Vilsonun 82 yaşı var idi, onun ölüm səbəbi barədə məlumat verilmir. 2024-cü ildə musiqiçinin neyrokoqnitiv pozğunluqdan əziyyət çəkdiyi məlum olub.

1961-ci ildə Brayan Vilson qardaşları və dostu ilə birlikdə “Pendletones” qrupunu yaradıb. Qrupun adı sonradan dəyişdirilərək “The Beach Boys” olub. 1990-cı illərin ortalarına qədər onlar “Surfin ‘USA”, “I Get Around”, “Help Me”, “Rhonda” və “Good Vibrations” daxil olmaqla bir neçə hitə imza atıblar.

1999-cu ildən Vilson “Brian Wilson Presents Smile” (2004), “No Pier Pressure” (2015) və s. solo albomlarını buraxıb.

O, karyerası ərzində iki dəfə “Grammy” mükafatını qazanıb. 2021-ci ildə Wilson nəşr hüquqlarını “Universal”a 50 milyon dollara satıb və bir il sonra “Chicago” ilə birgə turne çərçivəsində son konsertini verib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More