İsrailin İrana hücumunun birinci mərhələsi başa çatıb

İsrailin İrana endirdiyi hava zərbələrinin hədəfləri arasında bu ölkənin müxtəlif bölgələrindəki nüvə və hərbi obyektləri olub.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Efi Defrin bildirib.

“Bir müddət əvvəl siyasi rəhbərliyin göstərişlərinə əməl edərək, İsrail Müdafiə Qüvvələri İranın nüvə proqramını hədəfə almaq və bu ölkənin rəhbərliyinin İsrailə qarşı davam edən təcavüzünə cavab olaraq yüksək keyfiyyətli kəşfiyyat məlumatlarına əsaslanan qabaqlayıcı, hədəflənmiş, birləşmiş hücum əməliyyatına başlayıb.

Bir müddət əvvəl onlarla döyüş təyyarəsi əməliyyatın birinci mərhələsini tamamlayıb. Bu mərhələ İranın müxtəlif bölgələrindəki nüvə hədəfləri də daxil olmaqla, onlarla hərbi obyektə zərbələr endirilib” – Defrin əlavə edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More