İsrailin İrana endirdiyi zərbələr qlobal bazarları sarsıdıb – Son vəziyyət

İsrailin İrana qarşı endirdiyi silsilə aviazərbələr nəticəsində neft qiymətləri 13% bahalaşıb.

Turkustan.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu hadisə Yaxın Şərqdə genişmiqyaslı müharibə ehtimalını artırıb.

Brent markalı neftin bir bareli 78 dolları keçərək 2022-ci ilin martından bəri ən böyük gündəlik artımını göstərib. Sonradan qiymət 75 dollara qədər geriləsə də, bu sıçrayış qlobal bazarda təşviş yaradıb.

Təhlükəsizlik axtaran investorlar qızılı sığınacaq kimi görərək onun qiymətini rekord səviyyəyə – bir unsiyası üçün 3500 dollara qədər yüksəldib. İsrailin Baş naziri Benyamin Netanyahu zərbələrin İranın nüvə proqramına yönəldiyini bildirərək hücumların davam edəcəyini açıqlayıb. İran isə sərt cavab verəcəyini bəyan edib.

Enerji bazarında qeyri-müəyyənlik artıb. Bu geosiyasi risklər bazarda neft tədarükünün pozulması ehtimalını artırır. “JPMorgan Chase” isə xəbərdarlıq edib ki, böhran dərinləşərsə, neftin qiyməti bir barel üçün 130 dollara çata bilər.

İran televiziyası Təbriz yaxınlığında tüstü müşahidə olunduğunu desə də, rəsmi qurumlar neft obyektlərinin zərər görmədiyini açıqlayıblar. Hörmüz boğazının mümkün blokadası ilə bağlı ehtimallar isə bazarda təşvişi daha da artırır. Bu boğaz dünya neft ticarətinin təxminən 25%-nin keçdiyi əsas strateji marşrutdur.

Beynəlxalq siyasətdə də gərginlik artır. ABŞ-İran arasında planlaşdırılan nüvə danışıqları qeyri-müəyyən vəziyyətə düşüb. ABŞ-nin İsraildəki səfirlik əməkdaşlarının bir hissəsinin təxliyə olunması, vəziyyətin nə qədər ciddi olduğunu göstərir. /Yeniavaz.com/









Mənbə: Turkustan.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More