Bakıda vətəndaşa qarşı gecə saatlarında fiziki zor tədbiq etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Report” xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini olan bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən 35 yaşlı Füzuli Rzayev saxlanılıb.

Belə ki, o, gecə saatlarında yolda qarşılaşdığı zərərçəkənə fiziki zor tətbiq edərək pul vəsaitini və digər qiymətli əşylarını ələ keçirib. Daha sonra F.Rzayev zərərçəkmişin telefonundakı mobil tətbiq vasitəsilə onun bank kartındakı 1200 manatı da öz hesabına köçürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More