Gürcüstanda yaşayan məktəbli soydaşlar arasında Azərbaycan dili üzrə I Regional Olimpiada keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir Marneuli şəhərində yerləşən Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Olimpiada VIII-XII sinif şagirdləri arasında keçiriləcək və azərbaycanlıların kompakt yaşadığı bölgələrdəki məktəbləri əhatə edəcək. Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən 100-dən çox azərbaycanlı şagird qatıllb.
Olimpiadanın Təşkilatçısı Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı Direktoru Murad Muradov “Report”un yerli bürosuna müsahibəsində bildirib ki, olimpiadada ümumilikdə yüzdən çox azərbaycanlı məktəbli iştirak edib. Bu şagirdlər Gürcüstanın müxtəlif bölgələrindən — ucqar kəndlərdən, Saqareco, Dmanisi, Bolnisi, Qardabani, Marneuli, Tbilisi və digər bölgələrdən idilər.
Şagirdlər bu gün keçirilən olimpiadanın gedişi zamanı böyük həvəs nümayiş etdiriblər.






Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.