Slovakiyada insanlar üçün təhlükə yaradan 60-dan çox ayı zərərsizləşdirilib

Slovakiyada insanlar üçün təhlükə yaradan 60-dan çox ayı zərərsizləşdirilib.

“Report”un xəbərinə görə, bu barədə respublikanın ətraf mühit naziri Tomaş Taraba feysbukdakı səhifəsində yazıb.

Onun sözlərinə görə, söhbət ölkə sakinləri üçün təhlükə yaradan 64 yırtıcıdan gedir. Son günlər Slovakiyanın şimalında səkkiz ayı məhv edilib. T.Taraba yırtıcıların sayının artması ilə bağlı problemin uzun illərdir, həll olunmamasına diqqət çəkib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More