Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında komanda hesabında birinci olub.

“Report” xəbər verir ki, Azərbaycan yığması qitə birinciliyində uğurlu çıxış edərək 6 medal qazanıb.

Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib.

Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub.

Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More