Mingəçevirdə minik avtomobili betonqarışdıranla toqquşub, ölən və yaralananlar var

Mingəçevir şəhərində betonqarışdıran və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə “Report”un Qərb bürosu xəbər verir.

Belə ki, şəhərdə avtomobilin betonqarışdıran maşınla toqquşması nəticəsində Yevlax rayon sakini 1972-ci il təvəllüdlü Müşfiq Mövsümov ölüb, 1985-ci il təvəllüdlü Fuad Əşrəfov və 2013-cü il təvəllüdlü N.S. yaralanaraq Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More