Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” Viktor Osimhenə növbəti dəfə təklif göndərib

Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” “Napoli”nin (İtaliya) futbolçusu Viktor Osimhenə növbəti dəfə təklif göndərib.

“Report” “Goal”a istinadən xəbər verir ki, ərəb klubu 26 yaşlı hücumçuya ildə 50 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Ön xətt oyunçusu daha əvvəl “Əl-Hilal”ın üç təklifini rədd etmişdi.

Qeyd edək ki, nigeriyalı ötən mövsüm icarə əsasında Türkiyənin “Qalatasaray” klubunda çıxış edib. O, meydana çıxdığı 41 oyunda 37 qola, 8 məhsuldar ötürməyə imza atıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More