Naxçıvanda iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 2D, ev 1 ünvanında fəaliyyət göstərən Kamran Şəmil oğlu Məhərrəmova məxsus “Mehrunun dönəri” dönərxanasında ötən günlərdə hazırlanmış və artıq istehlak üçün yararsız hesab edilən bişmiş dönər növbəti gün istehlakçılara təqdim olunub.
Bundan başqa, Naxçıvan şəhəri, İstiqlal küçəsində fəaliyyət göstərən Qadir Qabil oğlu Musayevə məxsus dönərxanada isə gigiyenik qaydalara əməl olunması üçün şəraitin mövcud olmadığı aşkarlanıb.
Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəalliyyəti məhdudlaşdırılıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.