Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə “Report”a FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
Şirvan şəhərində ikimərtəbəli yaşayış binası yanır.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Gülbala Şıxbalaoğlu küçəsində qeydə alınıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.



Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.