Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşəcək.
Mərasim İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qurban Qurbanovun komandasının potensial rəqiblər arasında “Riyeka” (Xorvatiya) və “Pafos” (Kipr), həmçinin ilk raundda üz-üzə gələcək “Jalqiris” (Litva) – “Hamrun Spartans” (Malta), “KuPS” (Finlandiya) – “Milsami” (Moldova), TNS – “Şkendiya” (Şimali Makedoniya), “Levadiya” (Estoniya) – RFS (Latviya), “Drita” (Kosovo) – “Differdanj” (Lüksemburq), “Vikinqur” (Farer adaları) – “Linkoln” (Cəbəllütariq), “Eqnatiya” (Albaniya) – “Breydablik” (İslandiya), “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya), “Virtus” (San Marino) – “Zrinski” (Bosniya və Herseqovina) və “Noa” (Ermənistan) – “Buduçnost” (Monteneqro) cütlərinin qalibləri olacaq.
Qeyd edək ki, mərhələnin oyunları iyulun 22-si və 29-da keçiriləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.