WSJ: Tramp İrana hücum planını təsdiqləyib, lakin reallaşmasına göstəriş verməyib

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı köməkçilərinə deyib ki, o, İrana hücum planını təsdiqləyib, lakin hələ onun həyata keçirilməsi üçün göstəriş verməyib. Çünki o, Tehranın nüvə proqramından əl çəkəcəyini gözləyir.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika lideri inanır ki, ABŞ İsrailin İslam Respublikası ərazisindəki zərbələrinə qoşulacağını hədələməklə Tehranı Trampın şərtləri ilə razılaşmağa məcbur edə biləcək. Adı açıqlanmayan Ağ Ev rəsmisinin qeyd etdiyinə görə, Tramp İsrailin hərbi əməliyyatının gedişatını izləməyə davam edir və ABŞ üçün “bir neçə variantı” nəzərdən keçirir. O, digər məsələlərlə yanaşı, Vaşinqtonun bu münaqişəyə girməsinə qarşı çıxacağını da istisna etmir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More