Premyer Liqa təmsilçisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

İngiltərə Premyer Liqası təmsilçisi “Nottingem Forest” baş məşqçisi Nuno Espirito Santo ilə müqavilə müddətini uzadıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 51 yaşlı baş məşqçi 2023-cü ilin dekabrından komandaya rəhbərlik edir. Onun rəhbərliyi ilə ötən mövsüm “Nottingem Forest” Premyer Liqada yeddinci yeri tutub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More