Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən əsas görüşündə qalib gələn Halil Rountri təəssüratlarını bölüşüb.
“Report”un məlumatına görə, təcrübəli idmançı qarşılaşmadan sonra açıqlama verib.
O, bunları deyib: “Bakıya və azarkeşlərə təşəkkür edirəm. Məni yaxşı qarşıladılar. Özümü sübut etməyə gəlmişdim”.
Qeyd edək ki, Halil Rountri həmyerlisi Camal Hilli məğlub edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.