Eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub.

“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəranda təşkil edilən yarışın üçüncü günündə 5 oyun keçirilib.

Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanıblar. Finala vəsiqə uğrunda “Lənkəran” – “Gəncə” ilə, “Sumqayıt” isə “Bərdə” ilə qarşılaşacaq.

Yarımfinal mərhələsinin qarşılaşmaları bu gün keçiriləcək.

Qeyd edək ki, Respublika turnirinə sabah yekun vurulacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More