Biləsuvarda “Kino Günləri” keçirilib 

Biləsuvar rayonunda “Kino Günləri” keçirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, layihə Azərbaycan Kinematoqrafçılar İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

“Kino Günləri” layihəsi çərçivəsində “Mən burdayam, ilahi!”, “Balaca”, “Böyük qırmızı ev”, “Hasar”, “Tənha insanın monoloqu” kimi qısametrajlı bədii filmlər nümayiş olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More