“Real”ın keçmiş vingeri, hazırda isə amerikalı özəl investorlar qrupuna rəhbərlik edən Qaret Beyl ötən mövsüm İngiltərə Çempionşipində çıxış etmiş Uels klubu “Kardiff”i almaq istəyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.
“Biz həqiqətən “Kardiff”i almaqda maraqlıyıq. Bu mənim doğma klubumdur, mən orada böyümüşəm, əmim də vaxtilə onun üçün oynayıb. Mənim üçün klub sahibləri qrupunun bir hissəsi olmaq əsl xəyal olardı.
Bu klub mənim qəlbimdədir. Mən Kardiffdə böyümüşəm və klubun inkişafında və onu Premyer Liqaya qaytarmaqda iştirak etmək istərdim, onun yeri oradır. Mən “Kardiff”in və Uelsin necə heyrətamiz azarkeşlərə sahib olduğunu bilirəm. Birlikdə nəsə etmək əla olardı”, – Beyl bildirib.
Onun sözlərinə görə, hazırda konsorsium klubla əlaqə qurmağa çalışır.
“Kardiff” və “Plimut” ötən mövsümün nəticələrinə görə Çempionşipdən düşüblər. Komandalar İngiltərənin ikinci ən güclü divizionunun turnir cədvəlində son iki yeri tutublar.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.