Nazir: ADPU-nun tələbələrinin aşağı kurslardan təcrübəyə göndərilməsinə müəllimləri etiraz edib

Müəllimlərin əməkhaqqısı üçün onların auditoriya saatlarının sayı önəmlidir.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələrinə aşağı kurslarda təcrübəyə getmək imkanı yaradılması ilə bağlı tədbir iştirakçısının sualına cavab verən nazir bildirib ki, tələbələrin təcrübə müddəti ərzində müəllimlərin auditoriya saatı azalır və onların maaşına birbaşa təsir edir:

“Biz istəyirdik ki, 4 illik tədris müddətinin 1 bütöv ilini təcrübəyə ayıraq. ADPU-nun müəllimləri buna etiraz etdi. Bunun üçün universitetin 25 faiz müəllimi işdən azad olunmalıdır”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More