Rutte: Ukraynanın NATO-ya gedən yolu açıqdır

Ötən il ABŞ-də keçirilən zirvə görüşündə qəbul edilmiş qərarlara uyğun olaraq Ukraynanın alyansa gedən yolu açıqdır.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Haaqa sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.

“Ukrayna üçün NATO-ya yol – açıqdır. Biz danışarkən, bu körpünü qururuq”, – o qeyd edib.

Daha əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Budapeşt bu həftə NATO və Avropa İttifaqı sammitlərində Ukraynanın alyansa və Aİ-yə inteqrasiyasına mane olmağa çalışacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More