Qrossi: AEBA zənginləşdirilmiş uranın tapılması üçün İranda işləri bərpa etməlidir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi hesab edir ki, təxminən 400 kq zənginləşdirilmiş uranın yerini dəqiqləşdirmək üçün təşkilatın müfəttişlərinin İrandakı işi mümkün qədər tez bərpa edilməlidir.

“Report”un məlumatına görə, bu barədə o, “Fox News” telekanalına bildirib.

“Bizdə bu materialların harada olması barədə məlumat yoxdur”, – o, deyib.

Qrossi AEBA-nın əvvəllər İsfahandakı İran nüvə obyektinin yaxınlığında yerləşə bilən təxminən 400 kq zənginləşdirilmiş uranın hazırda harada olduğunu bilməsi ilə bağlı sualı cavablandırıb.

“İran mənə rəsmi olaraq bildirdi ki, onlar bu materialların daşınmasını təmin edə biləcək və ya etməyəcək təhlükəsizlik tədbirləri görəcəklər”, – Qrossi əlavə edib. “Sual onların harada olmasıdır”, – o vurğulayıb.

AEBA rəhbəri deyib ki, bunu aydınlaşdırmaq üçün müfəttişlərin işini mümkün qədər tez bərpa etmək lazımdır: “Düşünürəm ki, bu, hamının xeyrinə olacaq”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More