İranlı məşhur futbolçu Tehrandan ayrılıb, 1000 km-dən çox məsafəni maşınla qət edib

İtaliyanın “İnter” klubunun futbolçusu Mehdi Taremi maşınla İranın paytaxtı Tehranı tərk edib.

“Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 32 yaşl hücumçu şəhərdən maşınla ayrılaraq 1000 km-dən çox məsafə qət edib.

O, Milan təmsilçisinin meneceri ilə danışıb və Buşehr şəhərində olduğunu bildirib. Forvard həmçinin komandanın məşqçisi Kristian Kivu ilə də əlaqə saxlayıb. İran millisinin üzvü partlayışlardan uzaq olduğunu yazıb.

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq məqsədi ilə xüsusi əməliyyata başladığını elan edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More