Regionda Azərbaycanın vəkillik sisteminin uğurlarına rəğmən geri qaldığımız məsələlər də var.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib.
O müqayisə üçün qeyd edib ki, qonşu Gürcüstanda vəkillərin sayı 4 min 37, Ermənistanda 1578 nəfərdir:
“Azərbaycanda isə bugünkü andiçmədən sonra vəkillərin sayı 2701 nəfər olacaq. Əhalinin hər yüz min nəfərinə düşən vəkil sayına görə geri qalırıq. Təkcə regionda deyil, ölkə üzrə vəkillərin paylanmasında da problem var.
Hər rayonda vəkillərin sayı ən azı bir və iki deyilsə, ya da ümumiyyətlə, yoxdursa, orada hüquqi müdafiə işinin keyfiyyətindən danışmaq real deyil. Ona görə sonrakı dövrdə vəkilliyin statusunu gücləndirəcək, təminatını artiracaq çoxlu təkliflər olmalıdır”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.