İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir

İsrail Müdafiə Ordusu İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirməyin hələ tez olduğunu hesab edir.

“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun nümayəndəsi Efi Defrin bildirib.

“Biz qarşımıza qoyulan bütün tapşırıqları, hətta daha artığını yerinə yetirdik. Lakin hələ nəticə çıxarmaq üçün çox tezdir”, – o vurğulayıb.

E.Defrin qeyd edib ki, ilkin qiymətləndirmələrə görə, ziyan ciddidir: “Deyə bilərəm ki, biz İranın nüvə proqramını həyata keçirməsini uzun müddətlik təxirə saldıq”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More