KİV: Luis Dias “Liverpul”dan narazı qalıb

“Liverpul” və Kolumbiya millisinin vingeri Luis Dias bir müddətdir müqavilə danışıqları aparsa da, görünür, heç bir irəliləyiş əldə olunmayıb. Futbolçu Mersisayd təmsilçisindən narazı qalıb.

“Report” xəbər verir ki, bu barədə futbolçuya yaxınlığı ilə bilinən jurnalist Pipe Syerra sosial şəbəkədə yazıb.

“Liverpul”un baş məşqçisi Arne Slotun ən çox etibar etdiyi oyunçulardan biri olmasına baxmayaraq, Luis Diasın gələcəyi hələ də qeyri-müəyyəndir. Məlumata görə, Dias və onun agentləri “Liverpul”dan narazıdırlar. Onlar hesab edirlər ki, Qırmızılar bu yay mümkün transfer, eləcə də yeni müqavilə ilə bağlı sözlərini tutmayıblar və Dias indi klubdan ayrılmağa hazırlaşır.

“Luis Dias və onun komandası “Liverpul”un mövqeyindən narazıdırlar”, —jurnalist yazıb.

“Onlar hesab edirlər ki, klub sözünü tutmayıb. Buna bənzər bir şey əvvəllər onun müqaviləsinin yenilənməsi ilə, indi isə transfer imkanı ilə bağlı baş verib”.

Dias son vaxtlar “Enfild”də xoşbəxt olduğunu etiraf etsə də, digər klublarla danışıqda olduğunu açıqlayıb.

“Mən Liverpulda çox xoşbəxtəm, bunu həmişə demişəm. İlk gündən mənimlə yaxşı davranıblar… Biz digər klublarla da danışırıq”, — Peru ilə qarşılaşmadan əvvəl Dias etiraf edib.

“Bu transfer pəncərəsidir, bu normaldır. Nə olacağını gözləyirik”, — o vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More