İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub

Amerikalı tədqiqatçılar əqli yorğunluq zamanı aktivliyi kəskin şəkildə artan beyin sahələrini müəyyən ediblər.

“Report” xəbər verir ki, tədqiqatın nəticələri “Jneurosci” jurnalında dərc edilib.

Eksperimentdə 28 sağlam könüllü iştirak edib. İştirakçılara əməli yaddaş tapşırıqları təklif olunub: onlar hərf ardıcıllıqlarını yadda saxlamalı və xatırlamalı idilər, düzgün cavablar görə isə 1-dən 8 dollaradək qazanmaq olardı. Tapşırıq nə qədər çətin olurdusa, bir o qədər çox səy tələb olunurdu və potensial mükafat daha yüksək idi.

Koqnitiv yükün artması ilə iştirakçılar getdikcə daha çox yorğunluq hissi barədə məlumat verirdilər və bu anlarda alimlər MRT vasitəsilə iki beyin zonasında aktivliyin kəskin artımını qeydə alırdılar: yorğunluq hissi ilə əlaqəli sağ yarımkürənin adacığında və əməli yaddaş və diqqət nəzarətindən məsul olan dorsolateral prefrontal qabıqda.

“Biz beyinin səyləri necə qiymətləndirdiyini və qərar qəbul etdiyini — əqli fəaliyyəti davam etdirmək və ya ondan imtina etmək barədə qərarını görmək imkanı əldə etdik”, — tədqiqatın müəlliflərindən biri, Con Hopkins Tibbi Mühəndislik professoru açıqlayıb.

Maraqlıdır ki, iştirakçılar ən çətin tapşırıqları belə yalnız yüksək mükafat olduqda davam etdirməyə razılaşırdılar — görünür, beyin səylərin nəticəyə dəyib-dəyməməsini “ölçüb-biçirdi”. Alimlər güman edirlər ki, məhz yuxarıda qeyd olunmuş iki beyin zonasının qarşılıqlı əlaqəsi insanın nə zaman dayanmağa və nə zaman yorğunluğa baxmayaraq, davam etməyə qərar verdiyini müəyyən edir.

İndi tədqiqatçılar PTSP, depressiya və xroniki yorğunluqdan əziyyət çəkən insanlarla oxşar təcrübələri təkrarlamağı planlaşdırırlar. Bu, dərman və ya psixoterapiya istifadə edərək yeni müalicə yanaşmaları hazırlamağa kömək edə bilər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More