İran XİN başçısı: Tramp Xaməneiyə hörmətlə yanaşmalıdır

ABŞ Prezidenti Donald Tramp səmimi şəkildə sövdələşmə bağlamaq istəyirsə, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə qarşı hörmətsizlikdən, qəbuledilməz tondan imtina etməlidir.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazir qeyd edib ki, iranlılar mürəkkəbliyi, inadkarlığı, saysız-hesabsız səy və səbr saatları ilə toxunmuş möhtəşəm xalçaları ilə tanınır:

“Ancaq bir xalq olaraq, bizim əsas fərziyyəmiz çox sadə və aydındır: öz dəyərimizi, birliyimizi, müstəqilliyimizi qiymətləndirir və heç vaxt başqalarına taleyimizi həll etməyə imkan vermirik”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More