“Neftçi” Azərbaycan millisinin üzvünü transfer edib

“Neftçi” Azərbaycan millisinin üzvü Elvin Bədəlovu transfer edib.

“Report” Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Rusiyanın “Zenit” klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə də “Neftçi”nin şərəfini qoruyub.

Futbolçu hazırda “Neftçi”ni çalışdıran Samir Abasovun rəhbərliyi altında “Sumqayıt”da (2019-2025) da çıxış edib.

Qeyd edək ki, E.Bədəlov millidə 10 oyun keçirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More