Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Bildirilir ki, rayonun Şilyan kənd sakini, 1986-cı il təvəllüdlü Elşən Abdulağa oğlu Abdulov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Samirə Mahir qızı Abdulovanı bıçaqlayaraq öldürüb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Qətlin səbəbləri araşdırılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More