Laçında minadan təmizlənməmiş ərazidə baş verən yanğın söndürülüb

Laçın rayonu Zabux kəndinin minadan təmizlənməmiş ərazisində baş verən yanğın söndürülüb

“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib.

Onun sözlərinə görə, Zabux kəndi ərazisində yanğın olması barədə məlumat saat 14:57-də daxil olub:

“Hadisə yerinə çatan Laçın rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi tərəfindən yanğın saat 16:11 məhdudlaşdırılıb. Operativ müdaxilələr sayəsində “Azərişığa” məxsus iki transformator mühafizə olunub. Yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün canlı qüvvəyə müəyyən çətinliklər yaradıb”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More