Ukrayna Ali Radası hərbi əməliyyatlar başa çatdıqdan sonra seçkilərin keçirilməsi haqqında qanun layihəsi üzərində işləməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə Radanın spikeri Ruslan Stefançuk Ukrayna telemarafonunda seçkilərə hazırlıq barədə məlumat verib.
“Müharibədən sonrakı seçkiləri tənzimləyən növbəti seçkilərin keçirilməsi üçün yeni xüsusi qanun layihəsinə ehtiyac olduğu üçün biz bu qanun layihəsi üzərində işləyirik”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, deputatlar müxtəlif əsas ssenarilər hazırlayır və bir çox təşkilati məsələləri həll edəcəklər ki, ukraynalılar öz fundamental konstitusiya hüququndan istifadə edə bilsinlər.
Stefançuk onu da vurğulayıb ki, seçkilər ancaq döyüşlər bitdikdən və sülh sazişi imzalandıqdan sonra baş tutacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.