Ötən il NATO dövlətləri ABŞ-dən 21 milyard dollar dəyərində silah alıblar

Vaşinqtonun NATO-dakı müttəfiqləri 2024-cü ildə ABŞ-dən təxminən 21 milyard dollar dəyərində müxtəlif silahlar alıblar.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin yazılı bəyanatında deyilir.

Onun fikrincə, ABŞ silah istehsalı sahəsində yeniliklərə görə müttəfiqlərini qabaqlayır: “Bu baxımdan alyans etibarlı çəkindirməni təmin etmək üçün müdafiə sektorunda, o cümlədən süni intellektlə bağlı Amerika texnologiyalarına etibar etməlidir”.

İyunun 24-25-də Haaqada keçirilən NATO sammitinin yekunları üzrə qəbul edilən kommünikeyə əsasən, təşkilata üzv ölkələrin liderləri müdafiə xərclərini ÜDM-in 5%-ə qədər artırmaq barədə razılığa gəliblər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More