Şamaxıda kürəkən qayınatasını qətlə yetirməkdə şübhəli bilinir

Şamaxıda kürəkən qayınatasını qətlə yetirib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, 31 yaşlı Teymur Vüqar oğlu Əliyev ailə münaqişəsi zəminində qaynatası, 54 yaşlı Elşən Seyfi oğlu Quliyevə bıçaqla xəsarət yetirib.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More