Norveç fondu İsrailə silah satışına görə bir sıra şirkəti investisiya portfelindən çıxarıb

Norveçin ən böyük pensiya fondu olan KLP İsrail hərbçilərinin Qəzza zolağında istifadə etdiyi silah və avadanlıqların satışına görə ABŞ-nin “Oshkosh Corporation” qrupunu və Almaniyanın “ThyssenKrupp” şirkətini investisiya portfelindən çıxarıb.

“Report” xəbır verir ki, bu barədə “The Times of Israel” Norveç fondunun açıqlamasına istinadən yazıb.

KLP “Oshkosh” korporasiyasının İsrail hərbçilərini yük maşınları təchiz etdiyini və onların bu maşınları qoşunların daşınması üçün zirehli nəqliyyat vasitələrinə çevirdiyini iddia edir.

Fond həmçinin “ThyssenKrupp”u Qəzzada müharibə başlamazdan əvvəl İsrail donanmasını korvetlər və sualtı qayıqlarla təchiz etməyə razılıq verməkdə ittiham edib.

Hər iki şirkət KLP-nin “silahlı münaqişələrdə iştirak edən dövlətlərə silah satışı ilə bağlı meyarı əsasında xaric edilib. Bu dövlətlər həmin silahlardan beynəlxalq hüququn ciddi və sistematik şəkildə pozulmasına yol açan üsullarla istifadə edir”, – məlumatda qeyd olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More