Azərbaycan XİN-də yeni idarə yaradılıb

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi olub, yeni idarə yaradılıb.

“Report”un xəbərinə görə, nazirliyin nəzdində İqlim diplomatiyası idarəsi təsis olunub.

Məlumata görə, idarəyə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev rəhbərlik edəcək.

Qeyd edək ki, bununla da Yalçın Rəfiyevin rəhbərliyində beş idarə – Beynəlxalq təhlükəsizlik idarəsi, İqtisadi əməkdaşlıq idarəsi, Yaxın Şərq və Afrika idarəsi, Azərbaycan Respublikasının beynəlxalq inkişafa yardım idarəsi fəaliyyət göstərəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More