Uşaqların ailə tipli kiçik qrup evi modelinə transformasiyası nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dövlətin himayəsində olan uşaqların müəssisə əsaslı xidmətdən ailə əsaslı xidmətə yönəldilməsi məqsədilə bu müəssisələrin ailə tipli kiçik qrup evi modelinə transformasiyası istiqamətində işlərə başlanılıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.