Tehran ABŞ-nin danışıqları yenidən başlamaq istəyi haqqında məlumat alıb

Tehran üçüncü tərəflərin vasitəçiliyi ilə ABŞ-nin İranla danışıqlara yenidən başlamaq istəyi haqqında məlumat alıb, lakin bunun üçün Vaşinqton gələcəkdə İslam Respublikasına hücum edilməməsini təmin etməlidir.

“Report” ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Təxti Rəvançi bildirib.

“Tramp hökuməti üçüncü tərəflərin vasitəsilə İrana danışıqlara qayıtmaq istədiyini bildirib, lakin danışıqlar zamanı İrana gələcək hücumlar kimi çox vacib məsələ barədə mövqeyinə aydınlıq gətirməyib”, – o qeyd edib.

Nazir müavini deyib ki, əgər ABŞ danışıqlara yenidən başlamaq istəyirsə, gələcəkdə İrana hücum edilməməsini təmin etməlidir. Mümkün danışıqların tarixi hələ müəyyən edilməyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More