Aİ 2028-ci ilədək Ermənistana 270 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) 2028-ci ilədək Ermənistanın iqtisadiyyatının dayanıqlılığını artırmaq üçün 270 milyon avro ayırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

“Avropa İttifaqı 2024-2027-ci illəri əhatə edən dayanıqlılıq və iqtisadi artım proqramı üçün Ermənistana 270 milyon avro ayırır. Bu, biznesə dəstəyi təmin edəcək, Ermənistan və Aİ arasında əlaqələri yaxşılaşdıracaq və islahat aparmaq səylərinə kömək edəcək. Lakin münasibətlərimiz iqtisadiyyatdan kənara çıxır. Biz həmçinin həssas əhali qruplarına maliyyə, mənzil və psixososial dəstək göstəririk”, – K.Kallas bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More