Azərbaycan millisinin Türkiyədəki təlim-məşq toplanışına yekun vurulub

Parataekvondo üzrə Azərbaycan millisinin Türkiyənin paytaxtı Ankarada qardaş ölkə yığması ilə birgə keçirdiyi təlim-məşq toplanışına yekun vurulub.

“Report” xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Toplanışın son günündə millinin baş məşqçisi Fərid Tağızadə tərəfindən türkiyəli həmkarı İbrahim Mercimekə xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, toplanışda Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və Səmayə Həsənova iştirak ediblər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More