Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
Baxış:362
2020-ci il Vətən müharibəsinin bitməsindən sonra Azərbaycanda mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edilib.
“Ermənistanın mina ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı şəkildə imtina etməsi bu ərazilərdə yaşayan mülki şəxslər və digər insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır”, – deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.
On 30 June, a tragic mine incident has occurred in the liberated territories of Azerbaijan, as a result of which a police officer was severely injured in Aghdam. The officer’s right foot was amputated as a result of the explosion.
Comments are closed, but trackbacks and pingbacks are open.