“Formula 1”: 2026-cı ildəki Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib

2026-cı ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.

“Report” xəbər verir ki, bu barədə “Formula 1″in mətbuat xidməti məlumat yayıb.

Bakıdakı mərhələ sentyabrın 24-26-sı aralığında təşkil olunacaq.

Qurum daha əvvəl yarışın sentyabrın 25-27-si aralığında gerçəkləşəcəyini açıqlamışdı.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürəcək və 3 gün davam edəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More