Qətər hazırda ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması üzrə diplomatik prosesdə iştirak edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin Baş nazirinin müşaviri, XİN rəsmisi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Hazırda Qətər bu prosesdə fəal şəkildə iştirak edir, tərəflərlə, demək olar ki, gündəlik əsasda əlaqə saxlanılır”, – o, brifinqdə Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı danışıqlara toxunaraq deyib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.