Azərbaycan millisinin futbolçusu Polşa klubu ilə vidalaşıb

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubu ilə vidalaşıb.

“Report”un məlumatına görə, 26 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

“Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik”, – deyə forvard bildirib.

Qeyd edək ki, Renat Dadaşov bu ilin fevralında Polşanın “Radomyak” komandasına keçib. O, Polşa təmsilçisində 2 qola imza atıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More