Gürcüstanın yeni təhsil naziri təyin edilib – YENİLƏNİB

Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsinə Givi Mikanadze təyin olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yeni naziri hökumət administrasiyasında keçirilən brifinq zamanı Baş nazir İrakli Kobaxidze təqdim edib.

G.Mikanadze bu təyinata qədər Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri vəzifəsində çalışıb.

16:50

Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze şəxsi qərarı ilə vəzifəsindən istefa verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi məlumatda bildirilir.

Nazir istefa bəyanatında vəzifədə olduğu müddətdə təhsil sisteminin bütün pillələri üzrə keyfiyyətin artırılmasına yönəlmiş bir sıra təşəbbüslərin həyata keçirildiyini qeyd edib. O, həmçinin başladılan innovativ layihələrin gələcəkdə yeni nazir tərəfindən uğurla tamamlanacağına inandığını ifadə edib.

Tsuladze həmkarlarına və hökumət komandasına təşəkkür edərək Gürcüstanın gələcəyi naminə gördükləri işlərə görə minnətdarlığını bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More