Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.
“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Qəzetin yazdığına görə, şirkətin anbarlarında bir milyondan çox robot işləyir, bu, Amazon üçün rekord göstəricidir və artıq anbarlardakı personalın sayına demək olar ki, bərabərdir.
Amazon tərəfindən bu və ya digər şəkildə çatdırılan sifarişlərin 75%-də robotlar iştirak edir. Robotlar şirkətə məhsuldarlığı artırmağa və eyni zamanda yeni əməkdaşların işə götürülmə sürətini azaltmağa imkan verib.
Nəşr xatırladıb ki, Amazon 2012-ci ildən robot istehsal edən Kiva Systems (indiki Amazon Robotics) şirkətini 775 milyon dollara aldıqdan sonra proseslərin avtomatlaşdırılması üzərində fəal işləyib.
O zaman robotlar əsasən ağır yükləri daşıya bilib, lakin zaman keçdikcə onları qaldırmağa, çeşidləməyə və qablaşdırmağa öyrədilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.