Azərbaycan təmsilçilərinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəlindəki mövqeləri bəlli olub.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2746) 11-ci pillədə qərarlaşıb.
Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2659) 65-ci, Eltac Səfərli (2630) 100-cü olub.
Siyahıya norveçli Maqnus Karlsen (2839) başçılıq edir.
Qadın şahmatçlardan Günay Məmmədzadə (2390) 52-ci sıradadır. Ülviyyə Fətəliyeva (2371) 66-cı, Gövhər Beydullayeva (2371) 68-ci, Gülnar Məmmədova (2352) 88-ci yerdədir.
Burada çinli Yifan Hou (2633) liderdir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.