Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub

Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 596 min 391 manat оlan qaçaqmal aşkarlanaraq götürülüb.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, о cümlədən istifadəyə yararsız avtomat silahı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 391 kiloqram 268 qram narkоtik vasitə, 2018 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb qanunsuz dövriyyədən çıxarılmış ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 20 ton 331 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More