Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan və Mikael Acapaxyan barəsində cinayət işlərinin açılması və həbs qərarından sonra onların yaxın ətrafının əmlakını geniş miqyasda yoxlanılmasına başlanılıb.
“Report” xəbər verir ki, bu barədə erməni KİV-ləri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, həbs olunmuş iki din xadimi ilə əlaqəsi olan hər kəsin əmlakı yoxlanılır.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 24-də dövlət çevrilişinə hazırlıq barədə bəyanatla çıxış etmişdi. Bundan sonra bu işdə şübhəli bilinən şəxslərin axtarışı və saxlanılmasına başlanılıb, hüquq-mühafizə orqanları erməni apostol kilsəsinin Şirak yeparxiyasının və katolikosun Eçmiadzindəki iqamətgahlarına giriblər. Məhkəmə arxiyepiskop B.Qalstanyanı və Şirak yeparxiyasının başçısı, arxiyepiskop M.Acapaxyanı iki aylıq həbs edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.