Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərovun ölüm səbəbi açıqlanıb

Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov aldığı xəsarətlərə görə posttravmatik şok nəticəsində ölüb

Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənovun deyib.

O bildirib ki, Ziyəddin Səfərovun meyitinin xarici müayinəsi zamanı hər iki gözün qansızmaları müəyyən olunub:

“Sağ gözündə qançırlar, boyun nahiyələrdə qançırlar, döş qəfəsində assimetrik deformasiya, zolaq şəkilli sıyrıqlar, qarnın sağ səthimdə qançırlı sıyrıqlar, xalayalığın dərisində qeyri-müəyyən formalı qançırlar müəyyən edildi”

Onu sözlərinə görə daxili müayinə zamanı başın dəri örtündə sərt qansızmalar da müəyyən edilib:

“Onun döş qəfəsində iki xətt üzrə çox saylı sınlqlar var idi. Bu hiss olunur ki, sol tərfdən qabıröalar kobud şəkildə sındırılıb. Diafraqmalarda qansızma, parenetfral sahələrdə qansızmalar, xayalarda qansızma və qançırlar müəyyən olundu. Biz müəyyən etdik ki, Ziyəddin Səforov qeyd edilən travmalarla bağlı postravmatik şok nəticəsində ölüb”.

MƏLUMAT YENİLƏNİR…

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More